Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək.
Tamaşaçılara böyük maraqla izlədikləri “O olmasın, bu olsun”, “Ər və arvad”, “Qızıl toy”, “Baladadaşın toy hamamı”, “Mən dəyərəm min cavana”, “www-ferzeli-kef.com”, “Qısqanc ürəklər”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Amerikalı kürəkən” və başqa səhnə əsərləri təqdim ediləcək.
Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı”, “Skapenin kələkləri”, “Fransızsayağı qarnir”, “Düyməcik”, “Qızıl cücə”, “Yağış göbələyinin macərası”, “Qırmızıpapaq”, “Dəcəl çəpişlər”, “Bir dayan, canavar” və başqa əsərlərə baxa biləcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qarşıdakı müddətdə keçiriləcək premyeralar haqqında əlavə məlumat veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar