Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova mayın 16-dan 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək. Teatrdan verilən məlumata görə, o, SSRİ Xalq artisti Vladimir Kuroçkin adına gənc operetta və müzikl artistlərinin VI beynəlxalq müsabiqəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək.
Aydan Həsənova müsabiqədə Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, İ.Dunayevskinin “Azad külək” operettasından Pepitanın mahnısını və F.Leqarın “Sirkin şahzadəsi” operettasından Teadoranın ariyasını ifa edəcək.
Operetta və müzikl çərçivəsində “vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatılacaqlar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar