Gürcüstanın Ozurqeti şəhərindəki Ozurqeti Dövlət Dram Teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrın bədii rəhbəri Vasili Çikoqidze bildirib ki, truppa 148-ci mövsümü Azərbaycan dramaturgiyasının parlaq nümunəsi ilə açır: “Bu, bizim xalqlarımız arasındakı dostluğun və qardaşlığın göstəricisidir”.
Daha sonra teatrın bədii rəhbərinin təklifi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vasili Çikoqidze bildirib ki, dost gürcü xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Sonra tamaşa nümayiş olunub. Aktyorlar Temur Kvirkveliya, Liya Markiaşvili, Gennadi Nikolaşvili, Levan Savinadze, Şorena Kvetadze və başqalarının çıxışı alqışlarla qarşılanıb.
Azərbaycanın Batumidəki baş konsulluğunun məsul əməkdaşı Arzu Mikayılov aktyorlara gül çələngi təqdim edib, onlara uğurlar arzulayıb. O, Azərbaycan dramaturgiyasına müraciət etdiklərinə və gözəl tamaşa hazırladıqlarına görə kollektivə minnətdarlıq edib.
Premyerada Ozurqeti şəhər bələdiyyəsinin, icra hakimiyyətinin rəhbər işçiləri, deputatlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Otar Kutaladzedi deyib: “Müasir Azərbaycan dramaturgiyası öz zənginliyi və çalarlılığı ilə fərqlənir. Bu da bizdə maraq oyatdı və Xalq yazıçısı Elçinin əsərlərinə müraciət etdik. Elçinin “Şekspir” əsəri daha maraqlı göründü və bu pyes əsasında yeni tamaşa hazırladıq. Düşünürəm ki, aktyorlarımız tamaşadakı rolları məharətlə ifa etdilər və biz pyesin məğzini teatr dilində tamaşaçılara çatdıra bildik”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar