Aprelin 2-də Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində Bakı Uşaq Teatrının aktyorlarının ifasında Arzu Soltanın “Günahsız günahkarlar” tamaşası nümayiş olunub. Müasir dövrün qlobal problemlərindən olan insan alverindən bəhs edən tamaşa bu layihə çərçivəsində 7 universitetdə nümayiş olunacaq.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Ağrılı mövzu, fərqli rejissor həllinə malik tamaşa maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar