Azərbaycan Dövlət Musiqili Teatrında ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqları salamlayaraq iki ölkə arasında mədəni əlaqələrdən danışıb.
Səfirliyin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen öz növbəsində vurğulayıb ki, görüş bu əlaqələri daha da genişləndirmək məqsədi daşıyır. O, ABŞ-da Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur “Company-E” şirkətinin ölkəmizlə ortaq layihə həyata keçirmək istədiyini diqqətə çatdırıb.
Bildirib ki, “Company-E” 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir: “Hesab edirik ki, Azərbaycanda “Brodvey” musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanı Musiqili Teatrdır”
Əliqismət Lalayev təklifi müsbət qarşılayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq layihənin mədəniyyətlərarası dialoqun bariz nümunəsi olacağına inandığını deyib: “İşimiz uğurlu alınacaqsa, Musiqili Teatr olaraq bu konsert-proqramı, tamaşanı cari repertuarımıza daxil etməyə hazırıq”.
Musiqili Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baş xormeyster, Əməkdar artist Vaqif Məstanov, baş baletmester Zakir Ağayev layihənin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər.
“Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında “Brodvey” musiqi layihəsinin 2016-cı il may ayında həyata keçirilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar