Aprelin 9-da Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq Cakomo Puççininin “Madam Batterfly” operasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan vokal ulduzları ilə birlikdə çıxış edəcəklər.
Teatrdan bildirilib ki, ilk dəfə olaraq bu operada Çio-Çio-San partiyasını əslən Cənubi Koreyadan olan amerikalı vokalçı Sueon Kim ifa edəcək. S.Kim dünyanın ən mötəbər teatr və konsert səhnələrində solo konsertlər və opera tamaşalarında çıxış edib. “Madam Batterfly” operasında Şarples partiyasında isə Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.
Azərbaycanın opera ifaçılarından əməkdar artistlər Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu canlandıracaq. Tamaşanın dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar