Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri martın 28-dən 31-dək Türkiyənin Bartın şəhərində keçirilən 22-ci beynəlxalq teatr festivalında iştirak edib.
“Sənətlərin birləşməsi” proqramı çərçivəsində keçirilən festivalda universitetin teatr sənəti fakültəsinin 4-cü kurs tələbəsi Şamil İbrahimovun quruluşunda Cəmilə Axundova, Afiq Tağıyev və Şamil İbrahimovun rol aldığı A.Çexovun “Təklif” əsərinin tamaşası təqdim olunub. Tamaşa çox maraqla qarşılanıb.
Festivala İraq, Polşa, İsveçrə və digər xarici ölkələrdən müxtəlif profilli teatrlar, eləcə də Türkiyənin şəhərlərindən bir çox teatrlar qatılıb. Tələbələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bartın Mədəniyyət Sənət Dərnəyi arasında bağlanmış müqavilə və “Sənətlərin birləşməsi” proqramı çərçivəsində ustad dərslərində və yaradıcılıq emalatxanalarında iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar