Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində azərbaycanlı opera ustaları Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə səhnəni bölüşəcəklər. Tamaşada rolları Xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Səbinə Əsədova və gənc solist Tural Ağasıyev canlandıracaqlar.
Əsas partiyalardan biri olan qraf Almavivanı Ukrayna Milli Operasının aparıcı solisti, bu ölkənin Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak, Fiqaro partiyasını isə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Əməkdar artist Vladimir Qromov ifa edəcək.
Tamaşa dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar