Mingəçevir Dövlət Dram Teatrında Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi səhnələşdiriləcək. Tamaşaya teatrın baş rejissoru Xəzər Gəncəli quruluş verir. Quruluşçu rəssam Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Rolları Əməkdar artist Ella Yaqubova, artistlər Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Asim Əmirov, Nargilə Abdullayeva, Aytən Allahverdiyeva, Firuz Hacıyev, Paşa Salmanov və başqaları ifa edirlər.
Tamaşada Qarabağ müharibəsinin törətdiyi acı nəticələr göstərilməklə yanaşı, eyni zamanda həyatın, varlığın vacib problemlərindən bəhs olunur. Xatırladaq ki, əsər bundan öncə “Arzu və Murad” adı altında Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar