Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda iki tamaşa ilə çıxış edəcək. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv mayın 4-5-də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” və iranlı yazar Bəhram Beyzayinin “İlan sultan” tamaşalarını nümayiş etdirəcək.
Direktor qeyd edib ki, hər iki tamaşa Şəkidə və Tehranda keçirilmiş beynəlxalq teatr festivallarında mükafata layiq görülüb: “Paytaxt tamaşaçıları qarşısında çıxışımız isə bir növ hesabat xarakteri daşıyır. Ümid edirəm ki, bu imtahandan üzüağ çıxacağıq”.