Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Mehmanxana sahibəsi” tamaşaçının premyera günü müəyyənləşib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ilk tamaşa mayın 7-də olacaq.
İtalyan dramaturqu Karlo Qaldoninin məşhur əsəri əsasında hazırlanan eyniadlı tamaşaya Xalq artisti Cənnət Səlimova quruluş verib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.
İndiyədək Akademik Dram Teatrında, Rus Dram Teatrında səhnələşdirilən, 1978-ci ildə Azərbaycan Televiziyasında yaddaqalan televiziya tamaşası lentə alınan əsər hər zaman sənətsevərlər üçün maraqlıdır.
Yeni səhnə əsərində əsas rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev oynayacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar