Milli Dram və Gənc Tamaşaçılar teatrları Bursa və Trabzonda festivalda iştirak edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq teatr festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb. Bursa şəhəri Nilufər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv Xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında tragikomediya ilə çıxış edəcək. Tamaşa 19-20 apreldə nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdandır.
“Yaşasın teatr, yaşasın sülh” devizi altında bu il 5-ci dəfə keçirilən Bursa festivalına müxtəlif ölkələrdən teatr kollektivləri qatılır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə mayın 2-dən 16-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək 17-ci Qara dəniz ölkələri beynəlxalq teatr festivalında iştirak edəcək. Teatr festivalda məşhur rumın dramaturqu Matey Vişnekin “Qoca kloun” tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Yaradıcı kollektiv “Qoca kloun”u mayın 3-də Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində beynəlxalq münsiflər heyətinin qarşısında təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar