Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı Demet Çizmeli və Barış Pınar Çelebioğlunun “Cümhuriyyətin ilk sədası” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə Türkiyənin müxtəlif şəhərlərində qastrol səfərindədir. Səfər çərçivəsində kollektiv Kocaeli vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan mədəniyyət evinin qonağı olub.
Mədəniyyət evinin rəhbəri Bilal Dündar qonaqlara təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Kollektiv burada təşkil olunmuş “Soyqırımı muzeyi” və kitabxana ilə tanış olub.
Sonra İrəvan teatrının Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə səhnəyə qoyduğu tamaşaya baxış keçirilib.
Teatrın qastrol səfəri İstanbulda davam edib. Kollektiv Kartal rayonundakı Mədəniyyət sarayında “Cümhuriyyətin ilk sədası” tamaşasını nümayiş etdirib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar