Azərbaycan Dövlət Musiqili Teatrı BMT Sivilizasiyalar Alyansının 25-27 apreldə Bakıda keçiriləcək VII Qlobal Forumunun iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mənalı mədəni istirahətinin təşkili üçün maraqlı repertuar təqdim edəcək. Bu günlərdə teatrda ümumilikdə 12 səhnə əsəri nümayiş olunacaq. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” və başqa səhnə əsərləri ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da mötəbər tədbir ərəfəsində və forum günlərindən maraqlı tamaşalar təqdim edəcək. Aprelin 22-dən 24-dək teatrda “Ağ ölüm” (V.Siqarev), “Əlibaba və qırx quldur” (ərəb xalq nağılı), “Hasarın o üzü” (Ə.Əmirli), “Yatmış gözəl” (B.Marvin), “Mənim ağ göyərçinim” (T.Vəliyeva) tamaşaları nümayiş etdiriləcək. 25-27 aprel tarixlərində “Ana qaz” (R.Rza), “Mən gəldim, qızlar” (L.Nuren), “III Riçard” (U.Şekspir), “Şeyx Sənan” (H.Cavid) tamaşaları həm daimi tamaşaçılara, həm də şəhərimizin qonaqlarına təqdim ediləcək. Tamaşaların ingilis dilində tərcüməsi səhnədə quraşdırılmış subtitrlər (qaçan sətirlər) vasitəsilə nümayiş olunacaq.
Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram, Pantomima, Kukla, Yuğ teatrları da Qlobal Forum ərəfəsində və tədbir günlərində tamaşaçılara rəngarəng repertuar təqdim edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar