Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında yeni tamaşa hazırlanacaq. Layihənin rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Onun sözlərinə görə, İlyas Əfəndiyevin möhtəşəm lirik-psixoloji dramı, Qara Qarayevin bənzərsiz balet musiqisi əsasında hazırlanan tamaşa bir çox sürprizlərlə zəngin olacaq.
Tamaşaya Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova quruluş verəcək. “Mənim günahım” onun Musiqili Teatrda üçüncü işi olacaq. Tamaşanın səhnə tərtibatını Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundov verəcək. Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu baletmeyster Leyla Ağayevadır. Səhnə əsərində baş qəhrəmanı - Nurcahan obrazını Xalq artisti Şükufə Yusupova canlandıracaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar