Səhnədən “Sevgi dərsləri...”

Aprelin 24-də Dövlət Rus Dram Teatrında “Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası keçirilib. Viktor Korkiya və Aleksandr Lavrin müəllifi olduqları pyesə rejissor İlqar Safat quruluş verib. Tanınmış kinoaktyor, Xalq artisti Fəxrəddin Manafov ilk dəfə bu tamaşada Rus Dram Teatrının səhnəsinə çıxıb.
Tamaşadan əvvəl jurnalistlərin suallarını cavablandıran aktyor deyib: "Rus Dram Teatrının səhnəsində ilk dəfə çıxış edirəm və bu, mənim üçün böyük məsuliyyətdir. Təxminən dörd ildir ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər".
Söhbətə əsas qadın rollarından birinin ifaçısı, gənc aktrisa Yeganə Hüseynli də qoşulub. O etiraf edib ki, məşhur aktyorla eyni səhnəni bölüşmək onun üçün böyük şərəfdir.
Süjetə görə, yaşlandığı üçün artıq Kazanova əvvəlki sevgi intriqalarından əl çəkərək kitabxanaçı işləyir və gənc Fransa (Murad Məmmədov) sevgi dərsləri verir ki, o, burqomistrin qızı Annanı (Yeganə Hüseynli) yoldan çıxartsın. Onun atası (Xalq artisti Yuri Baliyev) qızını qrafa (Əməkdar artist Firdovsi Atakişiyev) ərə vermək istəyir. Annanın ürəyini ələ keçirmək istəyənlərin siyahısına Kazanova da qoşulur. Çünki o da Annaya aşiq olur. Xalq artisti gözəl sevgi nitqləri sayəsində Anna ilə yanaşı tamaşaçıları da hipnoz edirdi. Əlbəttə ki, Anna bütün nişanlılar arasında onu seçir, lakin təəssüf ki, Kazanovanın ürəyi buna tab gətirmir və ölüm onu caynağına alır.
Tamaşanın quruluşçu-rəhbəri Xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayevdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar