Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir festivala dəvət alıb. Kollektiv 27 may - 2 iyun tarixlərində Rusiyanın Orenburq şəhərində 8-ci dəfə təşkil olunacaq “Qostinıy dvor” teatr festivalında iştirak edəcək. Yaradıcı heyət ölkəmizi Orenburqda artıq bir neçə beynəlxalq teatr festivalında təmsil etmiş L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşasını təqdim edəcək. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edirlər. Quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Onu da qeyd edək ki, sözügedən tamaşa 2014-cü ildə Gənc Tamaşaçılar Teatrında Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş beynəlxalq rejissor laboratoriyasında iştirak edən rusiyalı teatr rejissorlarına təqdim edilmişdi.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar