Mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcək. Klassik opera sənətinin nadir incilərindən biri olan bu operanı sənətsevərlər hər dəfə fərqli ifalarda həvəslə dinləyirlər.
Budəfəki tamaşada Xoze partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Andrey Romanenko dəvət edilib. Karmen rolunda isə istedadlı gənc vokalçı Çinarə Şirin çıxış edəcək. Operada həmçinin teatrın solistləri - Xalq artisti Əli Əsgərov (Suniqo), əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Anton Ferştandt (Eskamilio) və başqaları çıxış edəcəklər. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar