Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayı üçün növbəti beynəlxalq səfərə hazırlaşır. Teatr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mayın 28-dən iyunun 2-dək London şəhərində qastrol səfərində olacaq. Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək səfərdə dahi dramaturq M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” tamaşası nümayiş olunacaq.
Nazirliyin Teatr sektorunun müdiri Naidə İsmayılzadənin rəhbərlik etdiyi heyətdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və tamaşanın yaradıcı qrupu yer alacaq. 2009-cu ildə Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev və Aydın Dəmirov iştirak edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar