N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının Bakıya qastrol səfəri başlayır. Kollektiv 4 və 5 may tarixlərində Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək. Paytaxt sənətsevərləri Lənkəran teatrının təqdimatında “Ruhlar” və “İlan Sultan” tamaşalarına baxa biləcəklər.
İtalyan neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan “Ruhlar” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
İranlı yazıçı Bəhram Beyzayinin eyniadlı əsəri əsasında hazırlanmış “İlan Sultan” tamaşası isə iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edir. Səhnə əsərinin quruluşunu İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.
Tamaşalarda rolları əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Sayad Əliyev, Əlibala Əsgərov, Emin Fərzullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Emil Rzayev və başqaları ifa edirlər.
Qeyd edək ki, “İlan Sultan” tamaşası bu ilin yanvarında İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında uğurla oynanılıb və mükafat qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar