Aprelin 30-da Əməkdar artist, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoymuş Xanlar Muradovun anadan olmasının 70 ili tamam oldu. Aktyor 1975-ci ildən dünyasını dəyişdiyi 2005-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb.
Aktyorun doğum günündə teatrda O.Kazımi və R.Heydərin “Qızıl toy” musiqili komediyasının növbəti nümayişi onun xatirəsinə həsr olunub. Vaxtilə Xanlar Muradov bu tamaşada Rəhim kişi obrazını canlandırıb.