Milli balet sənətimizin yeni nəslinin istedadlı nümayəndəsi, Xalq artisti, Prezident mükafatçısı Kamilla Hüseynova mayın 11-də N.Rimski-Korsakovun “Şəhrizad” baletinin tamaşasında Zübeydə rolunda sonuncu dəfə səhnəyə çıxacaq.
1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən K.Hüseynova 20 il ərzində truppanın aparıcı solisti olaraq repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edib. Azərbaycanlı sənətsevərlərlə yanaşı onun çıxışlarını xarici ölkələrin (Rusiya, Belarus, Türkiyə, Fransa, Çexiya və s.) teatr səhnələrində tamaşaçılar heyranlıqla izləyib və alqışlayıblar. Onun yüksək peşəkarlıq, artistizm, ehtiras və məhəbbətlə yaratdığı Şəhrizad (“Min bir gecə”), Gözəllər gözəli (“Yeddi gözəl”), Tomris (“Rast”), Baycan (“Eşq və Ölüm”), Zübeydə (“Şəhrizad”), Gülyanaq (“Qız qalası”) və onlarla başqa obrazlar tamaşaçılara böyük zövq verib.
Sənətinin zirvəsində olan K.Hüseynova artıq estafeti öz gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da, doğma teatrdan uzaqlaşmayacaq. O hazırda teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır və bütün fəaliyyəti Azərbaycan milli baletinin inkişafına yönəlib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar