Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” komediyasının premyerası olub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində ata ilə övladın qarşılıqlı münasibətlərindən bəhs edilir. Neftçi Qüdrətin ailəsində azərbaycanlı adını daşıyaraq cəmiyyətə qatılan qızı, arvadı, qulluqçusu sanki hansısa planetdən gəlib bu evə düşüblər. İlk görünüşdən bu adamların hətta milliyyətini də ayırd etmək olmur. Çünki onlardan biri Zara, biri Melya, digəri isə Cana adını daşıyır. Onların hər biri ayrı-ayrılıqda fərsiz, bacarıqsız və özlərindən müştəbehdirlər...
Maraqla izlənilən tamaşanın rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Xalq artisti Qabil Quliyev, Şahrud Mehdiyeva, Təranə Fərəcova, Günel Abbaszadə, Emil Rzayev, Səyad Əliyev və Aysel Babazadə ifa edirlər.
Qeyd edək ki, Lənkəran teatrı Əli Əmirlinin əsərlərinə artıq üçüncü dəfə müraciət edir. Bundan əvvəl teatrda dramaturqun “Varlı qadın” və “Onun iki qabırğası” əsərləri tamaşaya qoyulub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar