Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı yeni tamaşa hazırlayır. Yuğ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadənin quruluş verdiyi səhnə əsəri Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu”, “Lal” və digər əsərləri əsasında birhissəli qəmli komediya kimi təyin olunub. Tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur.
Quruluşçu rejissorun sözlərinə görə, tamaşanın ideya xətti Mirzə Cəlilin personajının dediyi kimi, “oxumaq işıq, oxumamaq isə zülmətdir” sözlərindən götürülüb. Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir və bu, tamaşada müəyyən simvolika ilə öz əksini tapır.
Hazırda məşqləri gedən səhnə əsərinin premyerası iyun ayının əvvəllərinə planlaşdırılır. Teatrın baş rejissoru Ərtoğrul Kamalovun sözlərinə görə, kollektiv klassik Azərbaycan dramaturgiyası nümunələri ilə yanaşı, müasir dramaturqların əsərlərinə də müraciət edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar