Azərbaycan Dövlət Musiqili Teatrı may ayında da zəngin repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların maraqla izlədiyi tamaşalar - “O olmasın, bu olsun”, “Ər və arvad” (Ü.Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl toy” (O.Kazımi, R.Heydər), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T. Vəliyeva), “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), “Qısqanc ürəklər” (R.Mirişli, M.Haqverdiyev), “Talelər qovuşanda” (R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov) və başqa səhnə əsərləri təqdim ediləcək. Rusdilli və balaca tamaşaçılar “Düyməcik” (H.K.Andersen), “Qızıl cücə” (V.Ulanovski, V.Orlov), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “Qırmızıpapaq” (E.Sabitoğlu, Y.Şvarts), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və başqa tamaşaları izləyə biləcəklər.
14-15 may tarixlərində ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə Dövlət Musiqili Teatrı və ABŞ-da fəaliyyət göstərən “Company-E” şirkətinin ortaq musiqi layihəsi kimi “Brodvey ” konsert-proqramı təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar