Azərbaycan Dövlət Yuğ Teatrında yeni tamaşaların premyerasına hazırlıq gedir.
Məşqləri yekunlaşmaq üzrə olan “Medeya. Sekvensiya 01” tamaşası Mikayıl Mikayılovun quruluşunda təqdim olunacaq. Quruluşçu rəssamı Umay Minnur olan səhnə əsərində əsas rolları əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova ifa edəcək. Tamaşa Vladimir Klimenkonun “Medeya teatrı” pyesi əsasında hazırlanıb.
Kollektiv Azərbaycan poeziya nümunələri əsasında səhnələşdirilən “Rindü-Şeyda” tamaşasının da təqdimatına hazırlaşır. Tamaşaya rejissor Gümrah Ömər quruluş verir.
Bundan əlavə, teatr Londonda fəaliyyət göstərən “Aloff” teatrı (prodüseri həmyerlimiz Sənan Əliyevdir) ilə birgə maraqlı layihəyə start verib. Layihə çərçivəsində ingilis rejissor Metyu Zak Paneş H.İbsenin “Oyuncaq ev” pyesinin adaptasiya variantı əsasında eyniadlı tamaşa hazırlayacaq. Səhnə əsərində teatrın aktyorları - Natəvan Qeybani, Amid Qasımov, Könül Cəfərzadə, Elgün Həmidov və Oqtay Mehdiyev iştirak edəcək. Tamaşanın premyerası mayın sonuna nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, fevralın 1-dən etibarən Dövlət Yuğ Teatrı yaradıcılıq fəaliyyətini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında davam etdirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar