Mayın 2-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyasında rəssam Natəvan Hüseynovanın rəhbərlik etdiyi dərnək üzvlərinin “Təbiətin sehrli rəngləri” adlı sərgisinin açılışı olub.
Sərginin keçirilməsində məqsəd il ərzində görülən işlərin hesabatını təqdim etməklə yanaşı, təbiət və onun mühafizəsi mövzusuna diqqət yönəltməkdir. Sərgidə 5-16 yaşlı uşaq və gənclərin rəngkarlıq, qrafika, aplikasiya, kollaj, vitraj və ipək parça üzərində batika texnikalarında işlədikləri 140-a yaxın rəsm və əl işləri nümayiş etdirilib.
Tədbirdə rəsm və əl işləri ilə yanaşı, dərnək üzvlərinin mövzunu əhatə edən maraqlı intellektual və əyləncəli oyunları, musiqili çıxışları da olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar