Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Opera və Balet Teatrı üçün dünyanın qabaqcıl musiqi alətləri istehsalçısı «Steinway & sons» firmasının royalı alınıb.
Teatrın baş dirijoru, Xalq artisti Cavanşir Cəfərov bu münasibətlə sevincini bölüşərək deyib: “Bir müddət əvvəl nazirlik tərəfindən teatrın simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı olan musiqi alətləri alınmışdır. Bu qiymətli alətlərdə ifa etmək bütün musiqiçilərin ən böyük arzusudur. Bugünlərdə isə bizə «Steinway & sons» firmasının istehsalı olan royal təqdim edildi. Fəaliyyəti dövründə bizim teatrda heç vaxt bu firmanın royalı olmamışdır. Teatrda tez-tez xarici dirijorlar və vokalçılar çıxış edir, yaradıcı kollektivlərimiz və sənətçilərimiz musiqi mədəniyyətimizi xaricdə təmsil edir. Teatrımızın yeni musiqi alətləri ilə təchiz edilməsi dövlətin bizə göstərdiyi qayğı və diqqətin daha bir təzahürüdür”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar