Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Teatrı ABŞ-ın “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasını təqdim edəcək. Layihə Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə reallaşacaq.
“Company-E” şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri artıq paytaxtımızdadır. Şirkət əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin - xor, balet truppası, orkestr və aktyor heyətinin birgə məşqlərinə start verilib.
Qonaqları qarşılayan teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev iki ölkə arasında mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Sonra qonaqlar teatrın inzibati binası - səhnə, tamaşa və məşq zalları ilə tanış olublar. ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen Musiqili Teatrda “Brodvey” komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. Dövlət Musiqili Teatrının kollektivi ilə birgə “Brodvey” layihəsi 14-15 may tarixlərində tamaşaçılara təqdim olunacaq. Giriş sərbəstdir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar