Mayın 15-dən 21-dək A.Maldıbayov adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında beynəlxalq balet festivalı keçiriləcək. Bu il dördüncü dəfə təşkil edilən festival Qırğızıstanda xoreoqrafiya sənətinin əsasını qoyan görkəmli balet ustası, SSRİ Xalq artisti B.Beyşenaliyevanın 90 illik yubileyinə həsr olunur. Festivala Azərbaycandan da nümayəndələr qatılacaq.
Respublikamızı festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev və Əməkdar artist Nigar İbrahimova təmsil edəcəklər. Onlar festival çərçivəsində baş tutacaq qala-konsertdə Q.Qarayevin “Yeddi gözəl” və A.Adanın “Jizel” baletindən parçalar nümayiş etdirəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar