“Qoca kloun” Trabzonda nümayiş olunub

Türkiyənin Trabzon şəhərində keçirilən XVII Qara Dəniz Ölkələri Beynəlxalq Teatr Festivalında iştirak edən Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti vətənə qayıdıb.
Mayın 2-dən start götürən festivalın açılış mərasimində Türkiyə Respublikasının Dövlət Teatrları İdarəsinin müdiri Necat Birecik, Trabzon Böyük Şəhər Bələdiyyə başqanı Orxan Fevzi Gümrükçüoğlu və Trabzon valisi Abdil Celil Öz çıxış edərək festivalda iştirak edən teatr kollektivlərinə uğurlar arzu ediblər. Sonra Trabzon Dövlət Teatrı istiqamətində yürüş edən festival iştirakçılarını bir sıra tarixi qəhrəman personajları müşayiət edib.
Festivalın ikinci günündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində rumın dramaturqu Matey Vişnekin “Qoca kloun” tamaşası ilə çıxış edib. Tamaşa festival iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Səhnə əsəri festivalın diplomuna və xüsusi mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, mayın 20-dək davam edəcək festivalda dünyanın bir çox ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar