Sumqayıt Dövlət Dram Teatrında yeni səhnə əsərləri hazırlanır. Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb” pyesi ailə-məişət mövzusundadır. Əsərdə sovet dövrünün eybəcərlikləri, cəmiyyətin idarə olunmasında baş verən təzadlardan bəhs olunur. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur. Rolları Fəranə Musayeva, Dağlar Rüstəmov, Akif Mirzəyev, Xatirə Süleymanova, Şəmistan Süleymanlı, Vəfa Qurbanova, İlahə Səfərova, Elmir Mehdiyev oynayırlar.
Atol Fuqardın “Qan qardaşları” psixoloji ailə dramına isə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rolları Rauf Ağakişiyev, Oktay Mehdiyev canlandırırlar. Qara irqə mənsub, qul taleyi yaşayan iki qardaşın həyat uğrunda mübarizəsi əsərin süjet xəttini təşkil edir. Onlar acınacaqlı həyatlarına rəğmən mənəvi keyfiyyətlərini qoruyub saxlamağı bacarırlar.
İsi Məlikzadənin “Sultanqulu körpüsü” sosial komediyasında da hadisələr sovet dövründə, 80-ci illərin Azərbaycan kəndində baş verir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur. Rollarda İlahə Səfərova, Mövsüm Hüseynov, İlqar İbrahimov, İlham Səfərli, Yalçın Səlimov, Şəhla Məmmədova və başqaları çıxış edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar