Mayın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli rejissor, Azərbaycanın Xalq artisti, professor Aleksandr Tuqanova həsr olunmuş elmi konfrans keçiriləcək. “Azərbaycan teatr mədəniyyəti kontekstində Aleksandr Tuqanovun irsi” adlı konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.