Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xaçmaza qastrol səfərinə yollanacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv mayın 16-da Xaçmaz tamaşaçıları qarşısında “Xəcalət” tamaşası ilə çıxış edəcək. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Rolları xalq artistləri Nurəddin Mehdixanlı və Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edir. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar