Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskaninin “Kənd namusu” operasının tamaşası olacaq.
Klassik opera sənətinin populyar nümunələrindən biri olan əsər çox gərgin dramatik süjet xətti və zəngin musiqisi ilə operasevərlər tərəfindən sevilir.
Tamaşanı almaniyalı dirijor - Qut-İmmlinq opera festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok idarə edəcək.
Əsas partiyalardan biri Santutsa rolunu ifa etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Natalya Pavlenko dəvət edilib.
Tamaşada həmçinin teatrın aparıcı solistləri - Xalq artisti Samir Cəfərov (Turiddu), əməkdar artistlər Səbinə Vahabzadə (Lüçiya), Anton Ferştandt (Alfio) və gənc solist Çinarə Şirin (Lola) iştirak edəcəklər. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar