Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları daha bir tədbiri reallaşdırıb.
Komik hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşqusu ilə müşayiət olunub. Maraqlı səhnə həlli verilən tamaşanın müəllifi Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı İqbal Əliyevdir.
Tamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Nigar Xanmirzəyeva, Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova və başqaları çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar