Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mayın 16-da Rusiyanın Yekaterinburq şəhərində başlanan SSRİ Xalq artisti Vladimir Kuroçkin adına gənc operetta və müzikl artistlərinin VI beynəlxalq müsabiqəsində münsif kimi iştirak edir. Rusiyanın Xalq artisti Viktor Krivonosun rəhbərlik etdiyi münsiflər heyətində Rusiya, Fransa, Almaniya və Belarusun musiqili teatr xadimləri də yer alıb.
“Vokal və səhnə sənəti” nominasiyasında keçirilən yarışmada 35 yaşadək gənclər iştirak edir. Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçirilən müsabiqə mayın 21-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar