Azərbaycan Dövlət Pantomima Teatrı mayın 20-də Tbilisidə başlanan beynəlxalq festivalda iştirak edir. Mayın 24-dək davam edəcək festival Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr edilib.
Teatrın kollektivi Xalq artisti Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin “Son ştrix” tamaşasını təqdim edəcək. Tamaşada Əməkdar artist Elman Rəfiyev, aktyorlar Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Elnur İsmayılov, Nurlan Rüstəmov və Rafiz Mehdizadə çıxış edir. Festivala Gürcüstan, Azərbaycan, Polşa və Yaponiya teatrları qatılıb. Qeyd edək ki, Azərbaycan və Gürcüstan pantomima teatrları dünyada dövlət statusuna malik teatrlardır.
* * *
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti isə mayın 21-də Rusiyaya yola düşəcək. Heyət Moskva vilayətinin Lobnya şəhərində “Rus klassikası” beynəlxalq teatr festivalında iştirak edəcək.
Mayın 29-dək davam edəcək festivalda ölkəmizi Əməkdar artist Şövqi Hüseynov N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Festivalda Almaniya, ABŞ, İspaniya, İsrail, eləcə də Rusiyanın şəhərlərindən teatr kollektivləri iştirak edəcək. “Rus klassikası” festivalı 1995-ci ildən keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar