Mayın 25-26-da Azərbaycan Dövlət Musiqili Teatrında növbəti premyera - “999-cu gecə” tamaşası təqdim olunacaq. “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan nağıl-tamaşa böyüklər üçün nəzərdə tutulub. Şəhrizadın danışdığı 999-cu nağılın süjeti çəkməçi Marufla onun ifritə arvadı arasındakı ziddiyyətli münasibətlər üzərində qurulub.
Səhnə əsərində ikimərtəbəli dekorasiya qurulub və hər bir mərtəbənin öz simvolik mənası var. Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqilərindən və məşhur mahnılarından istifadə olunub.
Quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijor Fəxrəddin Atayev, quruluşçu rəssam Nabat Səmədova, xormeyster Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeyster Fidan Babayevadır. Rolları Novruz Qartal, Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar