Mayın 26-da Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin “Gəl, qohum olaq” pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Səhnə əsərinə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dəvət olunmuş Xalq artisti Valeh Kərimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Əsas rolları Mingəçevir Dövlət Dram Teatrının aktyorları Eyvaz Əliyev, Fəridə Məmmədova, Afət Əliyeva, Aydın Quliyev və Xalq artisti Valeh Kərimov ifa ediblər.
Premyeradan öncə səhnəyə çıxan teatrın direktoru bütün kollektivi və tamaşanın quruluşçu rejissoru Valeh Kərimovu yeni premyera münasibətilə təbrik edib. Sonra Xalq artisti Valeh Kərimov tamaşaçıları salamlayaraq Mingəçevir teatrında işlədiyi dövrdə teatr kollektivinin əzmkar işindən məmnunluğunu bildirib. Qeyd edib ki, Mingəçevir teatrı bu kimi yeni-yeni premyeralarla teatrdan uzaq düşmüş tamaşaçıları geri qaytarmağa nail olub.
Çıxışlardan sonra səhnə əsəri nümayiş olunub. Anşlaqla keçən premyera sürəkli alqışlarla yekunlaşıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar