Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” dramının tamaşasına daxili baxış olub. Vətənpərvərlik mövzusunda olan bu əsərə Əməkdar mədəniyyət işçisi, Xalq teatrının rejissoru Bayram Qurbanov quruluş verib.
Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və döyüşdə qəhrəmancasına həlak olmasından bəhs edir.
Baş qəhrəman Rəhim rolunda rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Müqəddəs Yekayev, digər rollarda Fəridə Aslanova, Kənan Şəkərov, Fərid Əzimov, Günel Mehdiyeva, Şahin İsayev, Sərxan Boranlı, Qaragöz Məmmədova, Hicran Hüseynzadə və başqaları çıxış edirlər. Tamaşa iyun ayında ictimaiyyətə təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar