İyunun 11-dən 18-dək Minskdə “Böyük Teatrda balet yayı” beynəlxalq festivalı keçiriləcək. Üçüncü dəfə təşkil olunan festivalda sənətsevərlər Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində dünya baleti ulduzlarının və Belarus artistlərinin iştirakı ilə bir neçə premyeraya, ən yaxşı klassik və müasir tamaşalara baxacaqlar.
Festival belaruslu xoreoqraf Olqa Kostelin quruluşunda Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerası ilə açılacaq. Balet 13 əsrlik tarixi olan qədim türk dastanı “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılıb. “Belta” informasiya agentliyinin saytında vurğulanır ki, Azərbaycan bəstəkarı bu baleti həyatının başlıca əsəri sayır.
Saytda həmçinin Azərbaycanın görkəmli müğənni və bəstəkarı, Xalq artisti Polad Bülbüloğlu ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının direktoru Vladimir Qridyuşkonun tamaşa öncəsi keçirəcəyi onlayn mətbuat konfransı haqqında məlumat verilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar