Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi olan «Poeziya günü» adlı şeirlər toplusunun 2-ci cildi «Vektor» Nəşrlər Evi tərəfindən çap edilib. Kitabın redaktoru xalq şairi Fikrət Qoca, tərtibçisi Maarif Soltandır.
    İlk buraxılışından oxucuların, ədəbi mühitin marağına səbəb olan toplu bu sayında da çağdaş Azərbaycan şeirinin incəliklərini özündə əks etdirib. «Poeziya günü»nün 2-ci sayında müəllif çoxluğu nəzərə alındığından toplunun həcmi iki çap vərəqi artırılıb. Onu da qeyd edək ki, toplunun birinci sayına daxil edilmiş bir çox müəlliflər bu dəfə yeniləri ilə əvəz edilib. Bununla belə, əyalətdə yaşayan və ölkədən kənarda olan söz adamlarına da yer verilib.
  
   M.RƏŞİD