Kino istehsalçıları layihəni necə qiymətləndirir
Artıq 2006-cı ildən keçirilən, Mədəniyyət və Turizm Nazirliyinin gənclərə olan qayğısı kimi dəyərləndirilən “Bu meydan, bu ekran” layihəsi bu yaxında yenə də gənc istedadları üzə çıxaracaq...
Müxtəlif prodüser mərkəzləri və kino şirkətlərinin “Bu meydan, bu ekran-2010” layihəsinin əhəmiyyəti barədə fikirlərini onların özlərindən öyrəndik.
Cavid İmamverdiyev (“Ratio tv” studiyasının direktoru):
- Düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi diqqətəlayiqdir. “Bu meydan, bu ekran”da gənclərin özlərini sınaması üçün böyük imkanlar var. Bu müsabiqədə “Ratio tv”nin çəkdiyi “Qanadlarıma sığal çək” filminin rejissoru olmuş gənclərdən Samir Kərimoğlu hətta sonra tammetrajlı “Niyyət” bədii filmini də çəkdi. Təbii ki, bu da müsabiqənin və gənclərin uğurudur. Mənə belə gəlir ki, bu yaxşı nəticədir və gənclər bundan kifayət qədər çox yararlanmalıdırlar. “Bu meydan, bu ekran” müsabiqəsinin gələcək potensiallı, istedadlı kadrların seçilməsi və kinomuzun inkişafı üçün böyük əhəmiyyəti var. Buna görə də Mədəniyyət və Turizm Nazirliyinin gerçəkləşdirdiyi bu layihə çox önəmli və vacibdir. Prodüser kimi builki müsabiqə üçün ideyalarımız var.
Günel Nəcəfzadə («Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi, rejissor):
- Düşünürəm ki, «Bu meydan, bu ekran» gənc rejissorların yetişməsində ən vacib layihədir. «Cinema» mərkəzi də bu layihədə iştirak edəcək. Nəzərə almaq lazımdır ki, bu günün gəncləri sabahın peşəkarları olacaq. Buna görə gənclərə qısametrajlı filmlərin həvalə edilməsi bir tərəfdən də kinomuzun gələcəyini görməkdir. Mədəniyyət və Turizm Nazirliyinin kino sahəsində, xüsusən gənclərlə bağlı layihələrini yüksək qiymətləndirirəm. Qeyd edim ki, bu istiqamətdə nazirlik «Cinema» mərkəzi ilə birgə «START» Beynəlxalq Tələbə Filmləri Festivalının da təşkilatçısıdır. Hazırda bir neçə layihə üzərində işləyirik. Məncə gərgin müsabiqə olacaq.
Asif Rüstəmov (“Butafilm” şirkətinin rejissoru):
- Təbii ki, bu il də müsabiqədə iştirak edəcəyik. Bizdə hal-hazırda iki ssenari var. Sifarişçi Mədəniyyət və Turizm Nazirliyi olduğundan onların seçim imkanlarının böyük olması üçün çox güman ki, ssenarilərimizin sayı artacaq. Kino mühitində yeni adların meydana gəlməsi, sağlam rəqabət, maraqlı ssenarilər baxımından bu müsabiqə daha böyük əhəmiyyətə malikdir. “Bu meydan, bu ekran” layihəsini, onun keçirilmə prosesini çox yüksək qiymətləndirirəm. Udsaq da, uduzsaq da həmişə maraqla izlədiyimiz, son nəticəni həyəcanla gözlədiyimiz proyektdir.
Xaqani Həşimov (“Ritm” prodakşnın direktoru):
- Əlbəttə ki, belə müsabiqələrə qatılmaq lazımdır. Builki “Bu meydan, bu ekran” müsabiqəsi üçün biz də bir neçə ssenari hazırlamışıq. İki ssenari uşaqlara aiddir, biri də hazırlanır ki, bu da sırf müasir həyatdan, kənd həyatından bəhs edir. Sadəcə ssenariləri bir az təkmilləşdirmək lazımdır. Ondan sonra nazirliyə təqdim edəcəyik. Müstəqil kino şirkətinin prodüseri olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu işi alqışlayıram. Azərbaycanda kinonun inkişafı üçün çox böyük dəstəkdir. Bir ara durğunluq dövrü yaşandı ki, bu da kinoya müəyyən qədər ziyan vurdu. İndi birdən-birə şedevr filmlər yaratmaq da olmaz. Bunların hamısı mərhələ şəklində olmalıdır. Məhz “Bu meydan, bu ekran” gənclər üçün şərait yaradılması baxımından çox yaxşı layihədir.
Rəşad Qasımov (“İmper qrup” prodakşn, prodüser):
- Gənc nəsil kinematoqrafçıları üçün “Bu meydan, bu ekran” uğurlu bir addım kimi qarşılanmalıdır. Çünki müəyyən bir nəsil var ki, Azərbaycan kinosunda film çəkmək üçün 40 yaşı keçməyi gözləməli olublar. O imkan yaradılmayıb ki, gənc yaşlarında öz istedadlarını nümayiş etdirə bilsinlər. Məhz bu səbəbdən Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bu layihəni, gənclərə göstərdiyi qayğını, yaratmış olduğu şəraitə görə təşəkkürümüzü bildiririk. Əgər 19, 25 yaşlarında bir gənc üçün kino çəkmək şəraiti yaradılırsa, bunun özü böyük uğurdur. Mənə belə gəlir ki, müasir gənclik bu şəraitdən səmərəli istifadə edib, Azərbaycan kinosuna töhfələr bəxş edəcək. Kinomuz bunun bəhrəsini mütləq görəcəkdir. Elə müsabiqənin də həyata keçirilməsində əsas məqsəd budur. Biz 2 ildir ki, bu müsabiqədə iştirak edirik. Bundan əvvəlki müsabiqəyə 50-yə yaxın layihə hazırlamışdıq, onlardan 15-i həmin konkursa verilmişdi, bu il də 10-a yaxın layihə ilə iştirak edəcəyik. “Bu meydan, bu ekran” layihəsini alqışlayırıq və ümid edirik ki, bundan sonra da kinomuz üçün bu tip böyük əhəmiyyət kəsb edən layihələr hazırlanacaq.
Elməddin Alıyev (“Exo” prodakşn, rejissor):
- Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsi təkcə rejissorlar üçün yox, həm də ssenaristlər, prodüserlər üçün önəmlidir. Bu layihə biz gənclər üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki biz yaradıcılığa məhz belə layihələrdən başlamışıq. “Bu meydan, bu ekran”da əvvəl “Nəfəs”, “Koramal” və “Qara qutu” filmlərini çəkdik və “Koramal” filmi beynəlxalq festivallardan 4 mükafatla dönmüşdür. “Exo” prodakşn olaraq iki film istehsal edib, öz prodüser imkanlarımızı göstərmişik və çalışırıq ki, “Bu meydan, bu ekran”ın gələcək layihələrində də iştirak edib növbəti uğurları qazanaq.
Leyla Dostəliyeva (“Nərimanfilm”, prodüser):
- Gənc kinematoqrafçılara film çəkmək yolunda öz qüvvəsini sınamağa imkan verən “Bu meydan, bu ekran” layihəsinin əhəmiyyəti həddindən artıq böyükdür. Bu müsabiqədə bir dəfə iştirak etmişik və çəkdiyimiz “Pəri qala” filminin qalib gəlməsi bizim üçün böyük şadlıq, yeni bir etapa keçmək üçün körpü olub. Bu filmdən sonra biz artıq tammetrajlı “Sahə” bədii filminin çəkilişlərinə başladıq. Çünki “Bu meydan, bu ekran” müsabiqəsi bu işdə öz qüvvəmizi sınaya bilmək üçün bizə böyük stimul oldu. Yenə də iştirak etmək fikrimiz var.
Yeganə Cansail