Kiyevin “Opera” mehmanxanasının konfrans zalında “Qarabağ tarixin gərdişində” sənədli filminin təqdimatı olub. Ukrayna dilində olan filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından söhbət açılır. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə hazırlanan filmin müəllifləri Ukraynanın Birinci milli telekanalının şərhçisi Georgi Spasokukotski və AzTV-nin Ukraynadakı müxbir məntəqəsinin rəhbəri Mövsüm Aslanovdur. Mərasimdə çıxış edən ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev bu tədbirin Azərbaycan tarixinin faciəli səhifələri barədə Ukrayna ictimaiyyətinə məlumat verilməsi ilə əlaqədar ötən ilin yayından başlandığını və diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə reallaşdırıldığını bildirib.
Sonda Tələt Əliyev “Qarabağ tarixin gərdişində” filminin yaradıcı kollektivinə səfirliyin fəxri fərmanlarını təqdim edib.
Sonda Tələt Əliyev “Qarabağ tarixin gərdişində” filminin yaradıcı kollektivinə səfirliyin fəxri fərmanlarını təqdim edib.