Bu gün televiziya ekranlarını seriallar və bayağı şou proqramlar zəbt edib. Nümayiş etdirilən bədii filmlərin əksəriyyəti də “B” kateqoriyasına məxsusdur ki, bu ekran əsərləri də şou verilişlərin effektinə bərabərdi. Təqdim etdiyimiz yeni rubrikada biz oxuculara qısa şəkildə dünya kino aləminə səs salmış bəzi filmlərdən xəbər verəcəyik. Əgər zövqlə çəkilmiş kinoya baxmaq istəyirsinizsə, aşağıdakı rejissorların filmlərini prokatdan almağınız məsləhətdir.
Kventin Tarontino
Bu rejissor öz filmləri ilə kult yaratmışdır. Məşhurdan da məşhur «Kriminal qiraət» filminə baxmamaq günahdır, aşağısı dünya mədəniyyətindən bixəbər olmaq deməkdir. (Bu filmdən sonra Uma Turmanın saç düzümü bütün dünyada dəb düşdü) Birinci fraqmentdəki motiv sonda aşkara çıxır, ikinci fraqment əks-sədasını sonuncudan əvvəlkində tapır və s. Tamaşaçılar Tarantinonun hər yeni filmini səbirsizliklə gözləyir və gec-gec çəksə də, aydın səmada ildırım çaxması kimi qarşılanır. Əsasən Con Travolta, Uma Turman, Harvi Keytl, Tim Rot, Samuel El Cekson kimi aktyorları çəkir. Bu aktyorların çoxu narkomaniya və alkoqolizm girdabına yuvarlanmışlar, onları məhz Tarantino xilas edərək ulduza çevirmişdir. Filmlərinə özü də çəkilir. «İşverən», «Dörd otaq» belə filmlərindəndir.
Robert Rodriqes
«Qoca öldü ki, cavan yaşasın. Ədalətli mübadilədir». İspan mənşəli bu istedadlı rejissor neofilmin yaradıcısıdır. Onun «Günahlar şəhəri» filminə baxmağınız məsləhətdir. Əlbəttə, əgər əsəbləriniz yerindədirsə.
Martin Skorseze
Ənənəvi Hollivud filmlərinin ideal formasına baxmaq istəyirsinizsə, bu rejissorun filmlərinə müraciət edin. Epizodlar da əsl mafiozların çəkilməsi ilə yadda qalıb. Məşhur «Kazino» onun məhsuludur. Robert de Nironu və Al Paçinonu filmlərində yetərincə çəkilib.
Lars Fon Trier
Danimarkalı aristokrat dünya kinosunda inqilab etdi. Onun həvəskar əl kamerasıyla və əyalət aktyorlarının köməyi ilə çəkdiyi «Dalğaları yararkən» filmini tapsanız, indiyədək aldandığınızı düşünərək, hind filmlərinə nifrət edəcəksiniz. Film kinodakı əksər mükafatlara layiq görülüb.