Mayın 12-dən 21-dək Beynəlxalq Kann Festivalı çərçivəsində "Marche du Film" kinobazarı da təşkil ediləcək. Kinobazara Azərbaycandan "Nərimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" filmi təqdim ediləcək. Kinostudiyanın direktor müavini Rüstəm Şəfiyevin sözlərinə görə, filmin montaj prosesi tamamlanıb: “İndi səsləndirmə üzərində iş gedir. “Marche du film” kinobazarına filmləri bu variantda da göndərmək mümkündür. “Sahə” filminin bu ilin iyun ayında tam hazır olması nəzərdə tutulur”.
   Qeyd edək ki, rejissoru və ssenari müəllifi İlqar Safat olan film Mədəniyyət və Turizm Nazirliyinin də yaxından dəstəyi ilə çəkilib.

  İntiqam