Gəncə şəhərində rəssamların əsərlərindən ibarət sərgi keçirilib. Gəncə Dövlət Rəsm Qalereyasında düzənlənən sərginin açılışında şəhər İcra Hakimiyyətinin, Mədəniyyət İdarəsinin və ictimaiyyət nümayəndələri iştirak edib. Peşəkar və həvəskar rəssamların əsərlərindən ibarət sərgidə 50-yə yaxın rəssamın 100-dən çox əl işləri nümayiş etdirilib. Əsərlər müxtəlif mövzuları və janrları əhatə edir. Sərginin önəmli bir cəhəti də onda idi ki, burada nümayiş etdirilən əsərlərin satışı təşkil olunub. Hər hansı bir əsəri bəyənən iştirakçı onu asanlıqla özününkü edə bilər. Qeyd edək ki, rəsm əsərlərinin sərgi satışı bu ayın sonunadək davam edəcək. Tədbirin təşkilatçıları bildirdilər ki, ulu öndər, dahi siyasətçi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərində bütün sahələr kimi, mədəniyyət də xüsusi diqqətdə saxlanılıb, bu sahənin inkişafı üçün lazımi şərait yaradılıb. Hazırda mədəniyyətin bir qolu olan rəssamlıq inkişaf etdirilir və gənc rəssamların bu sahəyə yiyələnməsi üçün butun tədbirlər həyata keçirilir.
Günay Asifqızı