Koreya Respublikasının Daejon şəhərində keçirilən beynəlxalq karikatura-rəsm müsabiqəsində azərbaycanlı karikaturaçının işi birinci yerə layiq görülüb.
   19-cu beynəlxalq müsabiqəyə 57 ölkədən 619 rəssamın 1882 işi təqdim olunub. Həmvətənimiz Hafiz Nəsiroğlunun işi sərgidə birinci yeri qazanıb.
   Məlumat üçün bildirək ki, Hafiz Nəsiroğlu qızıl medalla bərabər, 1000 dollar məbləğində mükafat da alacaq. Mükafatlandırma mərasimi 2009-cu ilin oktyabr ayında keçiriləcək.