Sentyabrın 5-də Türkiyənin Bodrum şəhərində azərbaycanlı rəssam Sənan Eynullayevin sərgisi keçiriləcək. Rəssamın bildirdiyinə görə, sərgidə 18 sənət əsəri nümayiş olunacaq.
   Məlumat üçün bildirək ki, 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltəraş Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır.
   Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltəraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var.